Azərbaycan III rübdə Gürcüstana birbaşa investisiyalarda 7-ci yeri tutub
Bu ilin iyul-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyanın 5,2 %-i Azərbaycanın payına düşüb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, III rübdə qonşu ölkəyə 316 milyon ABŞ dolları sərmayə yatırılıb ki, bunun da 16,4 milyon ABŞ dollarını Azərbaycan sahibkarları həyata keçirib. Ölkəmiz bu baxımdan 7-ci yeri tutub.

Rüb ərzində Gürcüstana ən çox ABŞ (51,8 milyon ABŞ dolları), Böyük Britaniya (45,8 milyon ABŞ dolları) və Niderland (45,3 milyon ABŞ dolları) investisiya qoyub.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google