Ambrolauri Sakrebulosunun “Vahid Milli Hərəkat” fraksiyasının hər üç üzvü partiyanı tərk edib
Sakrebulo üzvlərinin sözlərinə görə, onlar Kezeraşvilinin şəxsi partiyasını tərk edərək Nika Melianın komandasına qoşulurlar: “Biz ötən illərə peşman deyilik, çünki inanırıq ki, həqiqətə xidmət etmişik və heç vaxt öz prinsiplərimizə xəyanət etməmişik. “Milli Hərəkat”ın yeni başlayan mafiozlar tərəfindən çirkin üsullarla mənimsənildiyi, partiyaya daxil olan tacirlər bilərəkdən partiyanı və Mixeil Saakaşvilini gözdən salmaq üçün əllərindən gələni etdiklərinə təəssüflənirik”.

“Vahid Milli Hərəkat”ın keçmiş sədri Nika Melia partiyanı tərk edir. Nika Melia bu barədə dünən, dekabrın 7-də keçirilən brifinqdə məlumat verib. O, brifinqdə VMH Partiyasında pul vasitəsilə ələ keçirilən qeyri-rəsmi təsirə eyham vuraraq, özünün də bu prosesə qarşı çıxdığını, lakin nəticəsiz olduğunu qeyd edib.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google