Dekabrın 12-dək ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edəcək - dağlıq rayonlarda qar yağacaq
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 8-9-da Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Kolxeti düzənliyi, Yuxarı İmereti və Qara dənizin sahilyanı ərazilərində güclü şərq küləyi əsəcək.

Onların məlumatına görə, dekabrın 10-da yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.

“Dekabrın 12-dək Şərqi Gürcüstanda yağışlı hava olacaq. Dekabrın 10-dək Tbilisidə
vaxtaşırı yağış yağacağı, havanın temperaturunun gün ərzində +10, +12 dərəcə isti olacağı gözlənilir.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 8-9 dekabrda hava isti, əsasən yağmursuz, küləkli olacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 8-9-da hava isti, əsasən yağmursuz keçəcək, şərqdən güclü külək əsəcək. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 12-dək qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +6 dərəcə təşkil edəcək”,
- Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilir.


Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345