Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
bildirilib.
Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat
vasitələrinin sayı barədə məlumatına əsasən, “Astara” gömrük
postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü”
gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur”
gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını
var.
Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü”
gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.
Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə
Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid
məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.