Rusiyanın Gürcüstana borcu 133,4 milyon avroya çatıb
Rusiyanın Gürcüstana borcu 133,4 milyon avroya çatıb. Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 5-7-də keçirilən sonuncu rüblük iclasında məlumat verilib.

Xüsusilə xatırladırıq ki, 2008-ci ilin avqust müharibəsi ilə əlaqədar Avropa Məhkəməsi 2023-cü ilin aprelində Rusiyanın Gürcüstan hökumətinə üç ay ərzində 129 milyon avro ödəməli olduğu barədə qərar çıxarıb. Lakin Avropa Şurasının bəyanatında qeyd edildiyi kimi, Rusiya bu məbləği ödəməyib.

"Bu həftəki iclasda qəbul edilən aralıq qətnamədə Nazirlər Komitəsi heç bir ödəniş edilmədiyini və hesablanmış faizlər də daxil olmaqla Rusiya Federasiyasının borcunun ümumi məbləğinin təxminən 133,4 milyon avro təşkil etdiyini qeyd edib", - deyə Avropa Şurasının saytındakı məlumatda bildirilir.

Nazirlər Komitəsi bir daha Rusiya hakimiyyətini həmin məbləği dərhal ödəməyə çağırıb.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google