Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük
postunda hazırda 827 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat
vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda
4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda
827, “Mazımqara” gömrük postunda 53, “Samur”
gömrük postunda 28 və
“Xanoba” gömrük postunda 7 yük maşını var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı
daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara
səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun
olaraq addım atmağa imkan yaradır.