BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və
ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
BP şirkəti olaraq biz Azərbaycanda dünya miqyaslı enerji
layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji
enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi
dəstəyiniz sayəsində mümkün olmuşdur.
Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan
məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam
edəcəyinə əminik.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan
xalqına firavanlıq, sülh və rifah
arzulayıram".