Gürcüstan Ukrayna və Moldovadan əvvəl Avropa ittifaqına (Aİ) daxil
olmağı gözləyir.
Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri
İrakli Kobaxidze deyib.
"Biz Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil
olacağıq”, - deyən Kobaxidze əlavə edib ki, ötən il
Gürcüstan tək Aİ-yə namizəd statusu almağa deyil, həm də
danışıqlara başlamağa layiq idi.
O xatırladıb ki,
Tbilisi Aİ ilə azad ticarət sazişləri, eləcə də
viza rejiminin liberallaşdırılması məsələlərində Kiyev və Kişinyovu
qabaqlayıb. Halbuki, Gürcüstanla danışıqlar adları çəkilən
ölkələrdən gec başlamışdı.