Prokurorluq: “Çağrı mərkəzləri” işi üzrə 5 nəfərə qarşı ittiham
irəli sürülüb.Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb Çağrı
mərkəzlərinin təşkilatçılarının aşkara çıxarılması haqqında.
Agentliyin məlumatına görə, Avropa və Almaniya Federativ
Respublikasının səlahiyyətli qurumları ilə əməkdaşlıq nəticəsində
transmilli mütəşəkkil cinayətkar qrupun üç təşkilatçısı, mütəşəkkil
dəstənin üzvü və bir hüquqi şəxs barəsində cinayət təqibi başlanıb.
Agentliyin məlumatına görə, onlar
artıq Almaniyada kommersiya və
qrup fırıldaqlarına görə məhkum olunublar.
İstintaqın versiyasına görə, Gürcüstanda yaratdıqları “çağrı
mərkəzi”nin əməkdaşları Almaniya vətəndaşları ilə əlaqə saxlayıb,
onlara qondarma adlarla məlumat verilib, şirkətlərinin yerləşdiyi
yer barədə yalan məlumat veriblər və qiymətli kağızların elektron
ticarətində, səhmlər, əmtəə aktivləri, valyutalar və
kriptovalyutalar cinayətkar qrup tərəfindən yaradılmış elektron
platformalarda iştirak etməyi təklif ediblər.
“Operatorlar istifadəçiləri əmin ediblər ki, onların köməyi ilə
elektron ticarət zamanı onlar əhəmiyyətli gəlir əldə edə
biləcəklər. Əslində zərərçəkmişlərin elektron ticarət üçün
ayırdıqları vəsaitdən dələduzluq yolu ilə istifadə
edilib”, - prokurorluq vurğulayır.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslər dələduzluq
yolu ilə əldə etdikləri vəsaiti “yuyublar”.
Hər beş təqsirləndirilən şəxsə qarşı qanunsuz gəlirlərin
leqallaşdırılması faktı üzrə cinayət işi başlanıb ki, bu da 9 ildən
12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.