Dekabrın 24-də gecə saatlarında vətəndaş Facebook sosial
şəbəkəsində evsiz heyvanın zorakılığa məruz qalmasını əks etdirən
video yayıb.
İlkin olaraq sosial şəbəkələrdə evsiz heyvanın ağzına partlayıcının
atılması barədə məlumat yayılıb, sonradan təsdiqini tapmayıb.
Həkimlərin və heyvan müdafiəçilərinin sözlərinə görə, heyvan baş
nahiyəsindən küt əşya ilə xəsarət alıb, bədənində də güllələr var.
Hadisə Bağdatidə baş verib. İt əməliyyat olunmaq üçün dünən
Tbilisiyə gətirilib.
Həkimlərin reaksiyasına baxmayaraq, hazırda itin vəziyyəti
kritikdir. İt üçün neyrocərrahiyyə
əməliyyatı planlaşdırılır. Bu
barədə sosial şəbəkələrdə heyvan hüquqlarının müdafiəçisi Mişa
Kaçkaçişvili məlumat yayıb.
“Bu mərhələ üçün vəziyyət stabildir, bu gün əməliyyat
planlaşdırılır, dekompressiya trepanasiyası, bu mərhələ üçün biz
hələ orqanizmi stabilləşdiririk, təbii ki, vəziyyət çox çətindir,
mümkün qədər ümidliyik, hər şeyi etməliyik ki, yaşaya bilsin”.
Kəllə sümüyünə küt əşya ilə yara vurulub, partlayıcı maddənin
olması istisna edilib, çünki ağızda yanıq yoxdur, diş, dil, damaq
tam sağlamdır, ona görə də müayinə nəticəsində diaqnoz qoymuşuq,
kəllə sümüyünün ağır travması var”, - cərrahın köməkçisi
Konstantine Cquşia bildirib.
“Çox ağırdır. Baytarların mənə dediklərinə görə, sağ
qalma ehtimalı minimumdur, yəqin ki, 1%. Çünki beyin şişməsi
başlayıb […]. Ölüdür, sadəcə nəfəs alır.
Mən sizə dəqiq və qətiyyətlə deyə bilərəm ki, bu, küt əşya, dəmir,
armaturla törədilib, yoxsa bilmirəm... İstintaq bunu sona qədər
izləsə, məncə, bunu müəyyən etmək çətin olmayacaq”, -
deyə Mişa Kaçkaçişvili “Formula”ya danışarkən bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət
Məcəlləsinin 259-cu (heyvanlara işgəncə vermə və ya amansız rəftar
etmə) maddəsi ilə araşdırma başlanılıb.