Yanvarın 3-də “TBC Bank”ın filiallarından birində hücum olunub –
maskalı şəxs bankın Saburtaloda yerləşən filialına daxil
olub. Hazırda həmin şəxsi axtarırlar.
TBC Bankdan “Netqazet”ə verilən məlumata görə, maskalı şəxs içəri
daxil olduqdan dərhal sonra filialın əməkdaşlarından biri həyəcan
təbili çalmağa müvəffəq olub, bundan sonra həmin şəxs soyğunçuluğa
nail ola bilməyib və qaçıb. Hücum iş saatlarında baş verib -
müştərilər də bankda olublar.
Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə,
hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı
Cinayət Məcəlləsinin 178 və 236-cı maddələri ilə araşdırma
başlanılıb.