Marneuli meriyası məktəb idman olimpiadası üçün formalarını 2 434 lariyə alıb
Marneuli yerli özünüidarəsi “Məktəb idman olimpiadası üçün” 66 ədəd formanı “Gürcüstan Folklor və Turizmin İnkişafı Mərkəzi Natali” MMC-dən sadələşdirilmiş qaydada alıb.

Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, “Məktəb İdman Olimpiadası” regional oyunları fevralın sonunda keçiriləcək.

“Bildiyiniz kimi, 2023-cü ildə Marneuli bələdiyyəsində məktəb idman olimpiadasının bələdiyyə mərhələsi keçirilib. Qeyd olunan tədbirlərdə 34 ictimai məktəbdən 1309 şagird iştirak edib, onlardan 806 oğlan, 503 isə qızdır. 2024-cü ilin fevral ayının sonunda məktəb idman olimpiadasının regional oyunları planlaşdırılır. Oyunlarda bizim bələdiyyənin qalib komandaları iştirak etməlidir: futbol (oğlanlar üçün 12), voleybol (oğlanlar üçün 12, qızlar üçün 12), stolüstü tennis (oğlanlar üçün 5, qızlar üçün 5), yüngül atletika (oğlanlar üçün 6, qızlar üçün 6) və basketbol (oğlanlar üçün 4, qızlar üçün 4).

Məktəb idman olimpiadası regional oyunlarında mübarizə aparmaq üçün 66 dəst (mayka və şort) xüsusi oyun forması (loqo və gerb ilə) lazımdır”,
–Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası 66 ədəd idman formasını sadələşdirilmiş qaydada 2434 lariyə alıb.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi ötən il Məktəb İdman Olimpiadası üçün kubok və inventarı 2276 lariyə alıb.

Print Email
FaceBook Twitter Google