Marneuli yerli özünüidarəsi “Məktəb idman olimpiadası üçün” 66 ədəd
formanı “Gürcüstan Folklor və Turizmin İnkişafı Mərkəzi Natali”
MMC-dən sadələşdirilmiş qaydada alıb.
Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, “Məktəb İdman
Olimpiadası” regional oyunları fevralın sonunda keçiriləcək.
“Bildiyiniz kimi, 2023-cü ildə Marneuli bələdiyyəsində
məktəb idman olimpiadasının bələdiyyə mərhələsi keçirilib. Qeyd
olunan tədbirlərdə 34 ictimai məktəbdən 1309 şagird iştirak edib,
onlardan 806 oğlan, 503 isə qızdır. 2024-cü ilin fevral ayının
sonunda məktəb idman olimpiadasının regional oyunları
planlaşdırılır. Oyunlarda bizim bələdiyyənin qalib komandaları
iştirak etməlidir: futbol (oğlanlar üçün 12), voleybol (oğlanlar
üçün 12, qızlar üçün 12), stolüstü tennis (oğlanlar üçün 5, qızlar
üçün 5), yüngül atletika (oğlanlar üçün 6, qızlar üçün 6) və
basketbol (oğlanlar üçün 4, qızlar üçün 4).
Məktəb idman olimpiadası regional oyunlarında mübarizə aparmaq üçün
66 dəst (mayka və şort) xüsusi oyun forması (loqo və gerb ilə)
lazımdır”, –Marneuli meriyasının Səhiyyə, Sosial
Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək
Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd
olunub.
Marneuli meriyası 66 ədəd idman formasını sadələşdirilmiş qaydada
2434 lariyə alıb.
Qeyd edək ki, Marneuli yerli özünüidarəsi ötən il Məktəb İdman
Olimpiadası üçün kubok və inventarı 2276 lariyə alıb.