Marneuli yerli özünüidarəsi meriya binası üçün pərdə-jalüzləri
sadələşdirilmiş qaydada alıb.
Meriyanın Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili
tərəfindən meriyaya yazılmış izahatnaməyə görə, meriyada yeni
pərdə-jalüzlərin alınmasına pərdə-jalüzlərin sıradan çıxması səbəb
olub.
Marneuli yerli özünüidarəsi pərdə-jalüzlərin alınması üçün
sadələşdirilmiş qaydada “Lako” MMC ilə müqavilə bağlayıb. Meriya
127,80
kv.m pərdə-jalüzlərə 7540 lari 20 tetri ödəyib.
Meriya və “Lako” MMC arasında bağlanmış müqaviləyə görə, şirkət
pərdə-jalüzləri yerli özünüidarəyə 29 fevral tarixinə qədər təhvil
verməlidir.