Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri-Hökumət Təşkilatı
və 10-dan çox ölkənin ictimai-siyasi və din xadimləri Xocalı
soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Marneulidəki "Azərbaycan Evi"nin təşəbbüsü ilə bu ölkənin Baş
nazir, prezident, parlament, XİN rəhbəri, Ombudsmana, ABŞ-ın,
Fransanın və Niderlandın Tbilisidəki səfirliklərinə, eləcə də
BMT-nin və Avropa Şurasının Tbilisi ofislərinə, UNİCEF-ə, ATƏT və
digər beynəlxalq qurumlara məktub ünvanlanıb.
"Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov bildirib ki,
bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan tərəfindən Xocalıda
Azərbaycan xalqına qarşı törədilən qətliamın soyqırımı aktı kimi
qəbul edilməsidir.
"32-il öncə Ermənistan Respublikası tərəfindən
Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törədilən qətliama
soyqırım aktı kimi qəbul edilməsini və siyasi qiymət verilməsini
tələb edirik. Biz hər zaman bölgədə sülhün və əmin-amanlığın
tərəfdarı olmuşuq. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə
olaraq, eyni zamanda Ermənistana bölgədə sülhün bərqərar olması
üçün çağırış edirik".
Sözügedən çağırış bəyanatını sizə təqdim edirik:
Çağırış bəyanatında deyilir: Biz, Gürcüstanda yaşayan
azərbaycanlılar milli vətənimiz - Azərbaycan Respublikasının Xocalı
şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli
görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə bağlı
Sizə çağırış edirik.
XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən
törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə
məkirli olduğunu bütünlükdə dünya görsün.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7
min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı. Ermənilər
ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini
yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş
etdirdilər.
Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər
öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70
nəfəri isə qocalar idi. Bunların içərisində
- - 8 ailə tamamilə məhv edilmişdir;
- - 56 insan xüsusi ilə ağır işgəncələrlə
öldürülmüşdür;
- - 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
- - 25 uşaq hər iki valideynini itirmişdir;
- - 130 uşaq valideynlərindən birini
itirmişdir;
- - 230 ailə öz başçısını itirmişdir;
- - 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər
həddi-buluğa çatmamışlardır);
- - 1275 insan əsir götürülmüşdür;
- - 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat
yoxdur.
Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir.
Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər
cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani
pisliklərə son qoyulmalıdır.
Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı
normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək
Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras,
İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan,
Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin
ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul etmişdir.
Bununla da vətənimiz Gürcüstanın aidiyyatı qurumlarına
müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik. Azərbaycan
əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni
həyatında, istənilən seçkilərdə fəal iştirak edir, siyasi
baxışlarına görə öz namizədlərini seçir və dəstəkləyir. Vətənimiz
Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət edirik.
Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən
ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə müzakirəyə
çıxarılmasına çağırış edirik. Bu müzakirə, mandatı bitəcək
parlament tərəfindən ədalət naminə sülh qərarı olacaqdır.
Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların -
mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar
atacaqsınız.
İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv
münasibət yeni cinayətlərin qarşısını alacaqdır.
Biz, artıq “Terrora yox” şüarı ilə deyil “Dünyada sülh və barış”
çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu
qaranlıqdan işığa doğru səsləyirik.
Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım
atsın".
Sözügedən çağırış bəyanatına imza atan təşkilat və şəxsləri aşağıda
sizə təqdim edirik:
- - Gürcüstandakı Azərbaycan Evi
- - Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan
Nümayəndəliyi
- - “AZEBİ” Azərbaycanlı İş Adamaları
Birliyi
- - Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar
Şurası
- - Gürcüstan Azərbaycanlılarının İnteqrasiya
Mərkəzi
- - “QANUN” Hüquqi Yardım Mərkəzi
- - “ALYANS” Gənclər Mərkəzi
- - Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar
Asossiyasiyası
- - Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi
- - Qardabani İnteqrasiya və Təhsil Mərkəzi
- - “VARLIQ” Mədəniyyət Mərkəzi
- - “QEYRƏT” Xalq Hərakatı
- - Gürcüstanın Lider Media Təşkilatı
- - Gürcüstan Azərbaycanlılarının Xəbər
Agentliyi
- - Gürcüstan Azərbaycanlıları Konqresi
- - Təmiz Xəbər Media Təşkilatı
- - Elmi Araşdırmalar Asossiyasiyası
- - “SALAM” Mədəni Xeyriyyə Cəmiyyəti
- - Gürcüstanın Azərbaycanlı Jurnalsitləri
Birliyi
- - “UN İON” Gənclər Təşkilatı
- - Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf
Qafqaz”
- - Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan
Nümayəndəliyi
- - Gürcüstanda Yaşayan Azərbaycanlı Məktəbli Gənclərin
Mədəniyyət Mərkəzi
- - Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi
- - “SARVAN” Folklor Ansambılı
- - Gürcüstan Azərbaycanlı Hüquqşünaslar
Asossiyasiyası
- - Marneuli Gənclər Mərkəzi
- - Gürcüstanda Azərbaycanlı Müəllimlər
İttifaqı
- - Borçalı İrəli İctimai Birliyi
- - Rustavi Azərbaycanlılarının İctimai
Təşkilatı
- - Azərbaycanlıların Mədəniyyət Mərkəzi
- - Bolnisi Mədəniyyət Mərkəzi
- - M.F Axundzadə adına Mədəniyyət
Asossiyasiyası
- - Gürcüstan İslam Araşdırmaları Mərkəzi
- - Borçalı İş Adamaları Birliyi
- - Gürcüstan Həmrəylik Hərəkatı
- - Gürcüstan Azərbaycanlılarının Gənclər
Forumu
- - MAARİF-in Hüquqi, Elmi Metodiki Maarfiləndirmə
Mərkəzi İttifaqı
- - Böyük Birlik Təşkilatı
- - Əhli-beyt Cəmiyyəti
- - Qarayazı Dirçəliş İttifaqı
- - Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş
Birliyi
- - Sadaxlı Mədəniyyət Mərkəzi
- - Rustavi Azərbaycanlılarının İctmai
Birliyi
- - Əmin Xeyriyyə Fondu
- - Əhli-beyt Aşiqləri Forumu
- - Günəş Qəzetinin Redaksiyası
- - MAARİF Jurnal Qəzetinin Redaksiyası
- - Ziya Qəzetinin Redaksiyası
- - Loğman Təşkilatı
- - Yaradıcı Gənclər Akademiyası
- - “Dalğa Tv” internet portalı
Bəyanata imza atan ictimai-siyasi və dini xadimlər:
- - Şeyx hacı Faiq Nəbiyev
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət
Hüseynov
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz
Bəkirov
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir
Dərziyev
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Azər
Süleymanov
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan
Hacıyev
- - Gürcüstan Parlamentinin keçmiş deputatı Əli
Məmmədov
- - Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan
İsmayılov
- - Professor Mahmud Kamaloğlu
- - İmam Əli Məscidinin axundu Hacı Hacıyev
- - İmam Hüseyn Məscidinin axundu hacı Əziz
Nəbiyev