Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır və alyans Gürcüstanın
suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.
Bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli
Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında
deyib.
Stoltenberq Rusiyanı
Gürcüstan ərazilərindəki qondarma qurumları
müstəqil dövlət kimi tanımasını geri çəkməyə çağırıb.
“Rusiya tərəfindən Gürcüstanın işğal altındakı
ərazilərinin anneksiyasına dair istənilən təhdid
qəbuledilməzdir”, - Stoltenberq vurğulayıb.
Mənbə: apa.az