Mixeil Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir
Putin rusiyalı müxalifətçi Aleksey Navalnını “rus Saakaşvili”
adlandırırmış.
Gürcüstanın eks-prezidenti məhkəmə prosesində iştirak edərkən deyib
ki, Putinin fikrincə, onun “bir nömrəli düşməni Navalnı və
Saakaşvili olub”, eks-prezidentin sözlərinə görə, Putin onlardan
“birindən xilas olub, digəri isə əlindədir".
“Ondan əvvəl Politkoskaya, Nemtsov və indi Navalnı
öldürülüb. Putin məni bir yerdə asmaq istədiyini açıq şəkildə
bildirdi, Putin məni həbsxanaya salmaqla və fiziki məhv etməklə
hədələdi.
Putin Navalnı haqqında danışanda dedi ki, o, rusiyalı
Saakaşvilidir. O, soyadını qeyd etməyib. Onun bir nömrəli
düşmənləri Zelenski [Putinin düşməni] olmamışdan əvvəl Putin
demişdi ki, Saakaşvili və Navalnı onun bir nömrəli düşmənləridir.
Bir düşməndən qurtulub, o biri əlindədir.
Gürcüstanın penitensiar sistemi ilə bağlı hər şeyə əvvəldən axıra
qədər Rusiya xüsusi xidmət orqanları nəzarət edir. Bunu hamımız
yaxşı bilirik. Mən düşmən torpağında canım üçün döyüşəcəm, sənin
üçün döyüşəcəm”, - deyə eks-prezident bildirib.
Saakaşvili həmçinin qeyd edib ki, onun Navalnı ilə yazışmaları olub
və bu yazışmalar zamanı rusiyalı müxalifətçi 2008-ci ildə verdiyi
bəyanatlara görə üzr istəyib.
Saakaşvili ilə yazışmalarında Aleksey Navalnı 2008-ci ildə
"Gürcüstan haqqında təhqiredici yazılar yazdığına" görə üzr
istəyib.