Çexiya bir neçə cinayətdə şübhəli bilinən Gürcüstan vətəndaşı Ömərovu ABŞ-a təhvil verib
Çexiya hakimiyyəti bir sıra cinayətlərdə, o cümlədən Nyu-Yorkda iranlı jurnalistin qətlini planlaşdırmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Polad Ömərovu ABŞ-a təhvil verib.

Radio Prague International-ın məlumatına görə, həmin şəxs ötən ilin yanvarında saxlanılıb. O, ekstradisiya qərarından apellyasiya şikayəti verib, lakin Konstitusiya Məhkəməsi Çexiyanın ədliyyə nazirinin qərarını qüvvədə saxlayıb.

ABŞ Ədliyyə Departamenti bildirir ki, Polad Ömərov 2022-ci ildə Nyu-Yorkdakı
evində Məsih Əlinejada qarşı sui-qəsdin təşkilinə kömək edib. O və şübhəli dəstə başçısı Rafət Əmirov ABŞ vətəndaşı Xalid Mehdiyevi işə cəlb etməkdə və onu öldürmək üçün 30 min dollar göndərməkdə ittiham olunurlar.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google