Prokurorluq: borclu olduğu şəxsi öldürməyə cəhd edən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib
Prokurorluğun məlumatına görə, adam öldürməyə cəhddə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qurumun məlumatına görə, şəhər məhkəməsi prokurorluğun sübutlarını tam qəbul edib və təqsirləndirilən şəxsi təqsirli bilib.

“Məhkəmə zamanı tədqiq edilmiş dəlillər sübut edib ki, 2023-cü il iyunun 12-də təqsirləndirilən şəxs Tbilisi şəhərinin Xetaqurov küçəsi yaxınlığında borclu ilə görüşüb və borc götürdüyü pulu
qaytarmamaq üçün onu öldürmək məqsədi ilə zərərçəkmişə həyati təhlükəsi olan xəsarətlər yetirib. Vaxtında göstərilən tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19,109-cu maddəsinin “n” yarımbəndi (tamah niyyəti ilə adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və 18 il müddətinə azadlıqdan məhrum edib”,
- prokurorluqdan bildiriblər.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345