2023-cü ildə Rusiyadan olan miqrantların 17%-i Gürcüstanı tərk
edib.
Bu barədə “TBS Capital” hesabatında - “2024-cü il üçün
makroiqtisadi gözləntilər və 5 əsas mövzu”da deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, 2024-cü ildə miqrantların qismən
xaricə axınına baxmayaraq, iqtisadiyyat 5,6% artacaq və məzənnə
sabit olacaq.
“2024-cü ildə miqrantların xaricə axını turizmin
güclənməsi və yerli istehlakın artması ilə tarazlaşdırılacaq.
2024-cü ildə miqrasiya daşınmaz əmlakın dinamikasının müəyyənedici
amili olmayacaq”, - tədqiqatda deyilir.