Bu gün, 22 fevral tarixində “Kea Qafqaz” Marneuli Mülki Məşğulluq
Mərkəzində qeyri-hökumət təşkilatı nümayəndələri və sahibkarlıq
klubları ilə görüş keçirib.
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş layihənin
təqdimatına həsr olunub. Layihənin əsas məqsədi gender ədalətinin
yaradılmasıdır. “Kea Qafqaz”-ın layihə meneceri Nino Karanadze
bizimlə söhbət zamanı bildirir ki, yerli özünüidarənin gender
bərabərliyi şurası ilə də görüş keçirilib və
Marneulidəki
problemləri müzakirə ediblər.
“Layihə gender bərabərliyinə dəstəyi və qadınlar üçün
iqtisadi imkanların gücləndirilməsini nəzərdə tutur. Bu istiqamətdə
bir neçə komponentlə işləyirik. Onlar arasında yerli qeyri-hökumət
təşkilatlarına dəstək, daha yaxşı advokatlaşdırma apara bilmək üçün
imkanların artırılması da yer alır. Eləcə də “Kea Qafqazın” maliyyə
dəstəyi ilə yaradılmış yerli sahibkar klublarla işləyirik. Yerli
media təşkilatlarla işləyirik, media məhsullar yaradırıq və bu
gender bərabərliyinə həssaslığını, məlumatlandırmanı artırmağa
kömək edəcək. Həmçinin, gənclərlər, müxtəlif təhsil müəssisələri
ilə işləyirik”, – Nino Karanadze bildirir.
Layihə dörd təşkilatın “Kea Qafqaz”, “İnsan Hüquqları üçün
Tərəfdaşlıq”, “Demokratiya Laboratoriyası” və “Marneuli” İcma
Radiosu tərəfindən həyata keçirilir. “İnsan Hüquqları üçün
Tərəfdaşlıq” təşkilatının rəhbəri Tamar Qabodze bildirir ki,
layihənin məqsədi gender bərabərliyinin advokatlaşdırılmasına
dəstək olmaq, qadın hüquqlarını gücləndirmək və qadınlara ictimai
həyatda fəal iştirak etmək şəraiti yaratmaqdır.
“Əgər regionda görüşlərin olmursa, bələdiyyədə mövcud olan
problemlər haqqında məlumatın yoxdursa heç bir layihə keyfiyyətli
olmayacaq. Çünki layihənin məqsədi real ehtiyaclardan irəli
gəlməlidir. Planlar da layihənin məqsədinə nail olmaq üçün nəzərdə
tutulmalıdır. Yerli özünüidarələr, yerli qeyri-hökumət təşkilatları
ilə görüşlər çox mühümdür ki, konkret regionda gender bərabərliyi
baxımından hansı problemlər olduğuna aksent edilsin, buna uyğun
olaraq layihə gücləndirilsin”, – Tamar Qabodze
bildirir.
Layihə uzunmüddtəlidir və 30 ay ərzində davam edəcək. Layihə 8
bələdiyyədə həyata keçirilir. Buradan 4 Kaxetidə, 4 isə Kvemo
Kartlidədir.