Gürcüstanın Mülki Aviasiya Agentliyinin məlumatına görə, 2024-cü
ilin iyun ayından Küveytin aşağı büdcəli
“Jazeera Airways” aviaşirkəti Batumi istiqamətində fəaliyyətə
başlayacaq. Küveytin paytaxtı Əl Küveytdən Batumiyə və əks
istiqamətdə uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.
“Aviaşirkətin Gürcüstanın Mülki Aviasiya Agentliyinə
təqdim etdiyi müraciətə əsasən, Əl Küveyt və Batumi arasında
uçuşlar 2024-cü il iyunun 14-dən sentyabrın 16-dək həftədə 7
tezliklə həyata keçiriləcək. Agentlik tərəfindən 20 fevral 2024-cü
il tarixində Jazeera Airways-ə müntəzəm hava hərəkətini həyata
keçirmək icazəsi verilib.
El Küveyt - Batumi - Əl Küveyt istiqaməti aviaşirkət üçün yenidir.
Hazırkı mərhələdə “Jazeera Airways” Əl-Küveyt-Tbilisi-Əl-Küveyt
hava xətti üzrə müntəzəm uçuşlar həyata keçirir”.
Gürcüstanın Küveytlə vizasız rejimi yoxdur.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə: Küveyt
Dövlətinə daxil olmaq üçün Gürcüstan vətəndaşı sərhəd-keçid
məntəqəsində viza [90 günə qədər etibarlılıq müddəti] əldə edə
bilər. Viza rüsumu 6 KWD Küveyt dinarıdır [təxminən 21 ABŞ
dolları].