UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə
diqqət mərkəzinə düşüb.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Həbib
Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra
yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.
“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ
çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi. Vladimir Putin ona
və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz
əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş
tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub. H.Nurməhəmmədov
dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim
olmağa məcbur edib.
Mənbə: oxu.az