“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan
Çalhanoğlu 30 yaşında olmasına baxmayaraq transfer dəyərinin
zirvəsinə çatıb.
Bu barədə nüfuzlu “Transfermarkt” internet portalı xəbər verir.
Mənbənin sözlərinə görə, hazırda yarımmüdafiəçinin bazar qiyməti 40
milyon avro civarında dəyişir.
Çalhanoğlu peşəkar karyerası ərzində “Karlsrue”, “Hamburq”, “Bayer
Leverkuzen” və “Milan” kimi klublarda çıxış edib.
Türkiyəli yarımmüdafiəçi “İnter”ə 2021-ci ilin
iyulunda azad agent
kimi keçib.
Bu mövsüm heyətdə bütün turnirlərdə 30 oyun keçirən Çalhanoğlu 11
qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə
müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bundan əvvəl Çalhanoğlu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı
oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib.
Mənbə: oxu.az