“Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev “Gürcüstan
Tayboksinq və Kikboksinq Milli Federasiyası”nın Kvemo Kartli üzrə
baş məşqçisi təyin edilib.
O, bu vəzifəyə federasiyanın prezidenti Qoça Cavaxia tərəfindən
gətirilib. Əliyev 2015-ci ildən federasiyada həm idmançı kimi, həm
də məşqçi kimi fəaliyyət göstərir.
Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o,
“Qaracalar” idman klubunun və Qardabani rayonunun
baş
məşqçisidir.
“Mən bir idmançı kimi 2018-ci ildə peşəkar kikboksinq
üzrə döyüşdən ölkəmizə kəmər gətirdim. Klubum 2018-ci ildə ölkədə
ən yaxşı idmançılar yetişdirən və ən çox çempion verən klubu olaraq
seçildi. Həm də komanda klubunu qazandıq. 2022-ci ildən bu günə
qədər mənim tələbələrim dünya arenalarında, bir çox ölkələrdə
ölkəmizi layiqincə təmsil edirlər. Mən bu vəzifəyə cənab Qoça
Cavaxiya və Kvemo Kartli üzrə rəsmi təmsilçilər tərəfindən
gətirildim. Məni bu vəzifəyə gətirənlərə, fedaerasiyanın
prezidentinə, Tofiq Əkbərova və dövlət nümayyəndələrimizə təşəkkür
edirəm. Çalışacağam ki, daha böyük işlər
görüm”.
Baş məşqçinin sözlərinə görə, onun özü də yenidən beynəlxalq
yarışlarda iştirak etmək üçün hazırlaşır.
“Hal-hazırda özüm də döyüşlərə hazırlaşıram. Taylandın
Pxuket şəhərinə gedəcəm. “Qaracalar” idman klubunun üç yetirməsi -
Emil Xəlilov, Kənan Bayramov və Özcan Əhmədov Taylanda kikboks üzrə
yarışlarda iştirak edirlər. Mənim özüm də tələbələrimlə birlikdə
ölkəmizi layiqincə təmsil edəcəm. Mənə dəstək verən və uğurmuza
sevinən hər kəsə dərin təşəkkürmü bildirirəm. Onların sayəsində biz
daha böyük uğurlara layiq görüləcəyik”.
Xatırladaq ki, 2018-ci il yanvarın 6-da, Turkiyədə keçirilən
peşəkarlar arasında kikboksinq yarışında İsfahan Əliyev 65 kq çəki
dərəcəsində rövanş döyüşündə öz rəqibinə qalib gələrək “Peşəkar
Kəmər” sahibi olmuşdur. Bundan başqa Əliyev həmin ilin aprelin
14-də Almaniyanın Haiger şəhərində keçirilən WFMC versiyasi üzrə
peşəkar K-1 ( kilboksinq) üzrə yarışda Avropa çempionu olmuşdu.