Polşanın “Literary Book Magazine” (pol. “Magazynu Literackiego
Książki”) nəşri İva Pezuaşvilinin “Bunker”
əsərini ötən ilin dekabr ayının ən yaxşı xarici nəsr əsəri
adlandırıb. Fevralın 21-də Varşava Dövlət Kitabxanasında 22-ci dəfə
mükafatlandırma mərasimi keçirilib.
İva Pezuaşvilinin “Bunker” romanı yazıçının trilogiyasının ikinci
hissəsidir (“Dibin İncili”, “Bunker”, “Maskarafon”). “Bunker” bir
neçə ay əvvəl polyak dilində nəşr olunub, mətni polyak
dilinə Maqda
Novakovska tərcümə edib.
"Bunker" ("İntellecti" nəşriyyatı) "Tsinandali" (ən yaxşı roman) və
"Saba" (Gürcüstan ədəbiyyatında sovet və postsovet tarixinin əksi)
mükafatları ilə yanaşı, "Avropa İttifaqı Ədəbiyyat Mükafatı"nı
qazanmış, bundan sonra əsər fransız dilinə, erməni, polyak və
italyan dillərinə tərcümə edilmişdir.