Marneulidə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında boks
üzrə Gürcüstan çempionatı baş tutub.
Çempionatda Marneuli İdman Məktəbinin gəncləri də iştirak edib və
mükafata layiq yerlər tutublar.
“Çempionatda Marneuli İdman Məktəbinin gəncləri uğurla
çıxış ediblər. 48 kq çəki dərəcəsində qız boksçu Nərmin Bayramova
(fərdi məşqçi: Röyal Qarabağlı) birinci yeri tutub. 45 kq çəki
dərəcəsində üçüncü yeri Zurab Kveladze (fərdi məşqçi: Davit
Naveriani) qazanıb”, – Marneuli İdman Məktəbinin
məlumatında qeyd olunub.
İdman Məktəbinin məlumatına görə, çempionat 20-25 fevral
tarixlərində Marneuli şəhərində, “Azərbaycan Evi” İdman Mərkəzində
keçirilib.
Çempionatın təşkilatçıları Gürcüstan Milli Boks Federasiyası və
Marneuli İdman Məktəbidir. Çempionat Gürcüstan Mədəniyyət və İdman
Nazirliyi, Marneuli yerli özünüidarəsinin dəstəyi ilə
keçirilib.
İdman Məktəbinin məlumatına görə, bu il çempionatda 230 boksçu
iştirak edib.