Şida Kartlidə 30 yaşlarında bir nəfər 5 və 7 yaşlı uşaqlara təcavüz etməkdə ittiham edilərək saxlanılıb
Şida Kartlidə 30 yaşlarında bir nəfər 5 və 7 yaşlı uşaqlara təcavüz etməkdə ittiham edilərək saxlanılıb. Həmin şəxs uşaqların qohumudur.

Daxili İşlər Nazirliyindən “Publika”ya verilən məlumata görə, istintaq Mülki Məcəllənin 137-ci maddəsinin 4-cü “c” bəndi ilə, yəni azyaşlının zorlanması ilə bağlı aparılır.

Cinayət 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google