Çxorotsku meri ilə fiziki qarşıdurmaya görə meriyanın İdman İdarəsinin keçmiş rəhbəri saxlanılıb
Meriyanın İdman İdarəsinin keçmiş rəhbəri Edem Kvaratsxelia Çxorotsku bələdiyyəsinin meri Davit Qoqua ilə fiziki qarşıdurmaya görə saxlanılıb.

İstintaq ilkin olaraq Mülki Məcəllənin zorakılığa aid 126-cı maddəsi ilə aparılsa da, məlum olduğu kimi, sonradan həmin maddə yenidən tövsif edilərək, Mülki Məcəllənin 353-cü, yəni ictimai asayişin müdafiəçisinə və ya hökumətin digər nümayəndəsinə qarşı zorakılıq, müqavimət, hədə-qorxu və ya
zorakılığa məruz qalma maddəsi ilə davam etdirilib.

Mövcud məlumata görə, Edem Kvaratsxelia Senakinin istintaq təcridxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Çxorotsku meri ilə meriyanın idman şöbəsinin keçmiş rəhbəri arasında fiziki qarşıdurma baş verib. Məlumatlara görə, münaqişəyə səbəb Edem Kvaratsxelianın işdən çıxarılmasıdır.

Print Email
FaceBook Twitter Google