Gürcüstanda avtomobillərə xidmət qiymətləri artır, avtomobil hissələri isə ucuzlaşır
Gürcüstanda avtomobil xidməti bahalaşır. Bunu Milli Statistika Xidmətinin məlumatları da təsdiq edir.

Milli Statistika Xidmətinin məlumatlarına görə, 2024-cü ilin fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobillərin təmiri və yuyulması qiymətləri artıb.

Daha dəqiq desək, qiymət illik artıb:
  • Avtomobillərin yuyulması haqqı - 36,9%;
  • Avtomobil təmiri - 15,4%;
  • Avtomobilin yağının və filtrinin dəyişdirilməsi - 5,2%.
Bundan başqa,
rəsmi məlumatlara görə, ümumilikdə minik avtomobillərinin dəyəri də artıb. O cümlədən, yeni avtomobilin qiyməti 4,5%, işlənmiş avtomobilin qiyməti isə 5,4% artıb.

Müxtəlif avtomobil hissələrinə gəlincə, bu halda fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətdə azalma müşahidə olunub.
  • Avtomobilin ehtiyat hissələri ucuzlaşıb - 5%;
  • Avtomobil təkərləri ucuzlaşıb - 7,4%;
  • Avtomobil akkumulyatoru ucuzlaşıb - 7,4%.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345