5 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclası keçiriləcək.
Meriya binasında məsələlərin müzakirəsinə saat 12-də başlanılacaq.
Bu barədə Marneuli Bələdiyyə Məclisinin feysbuk səhifəsində məlumat
paylaşılıb.
Gündəlikdə nəzərdə tutulmuş məsələlərlə bağlı hələ məlumat
verilməyib.
Yeniləmə: Bələdiyyə Məclisi gündəlikdə nəzərdə tutulmuş məsələləri
yayımlayıb.
Gündəlikdə nəzərdə tutulan məsələlər:
1. Marneuli meriyası və Bələdiyyə Məclisi əməkdaşlarının
davamlı təhsili üçün 2024-cü il tədris planının təsdiq edilməsi
haqqında.
/ Məruzəçi. Teona Parciani/
2. Marneuli meriyasının Əmlakın İdarə Edilməsi və Maddi-Texniki
Təminat Xidməti rəhbərinin 19 fevral 2024-cü il tarixli
07-322405065 saylı izahatnaməsinin müzakirəsi barədə.
/ Məruzəçi. Qivi Qiorqadze/
3. Marneuli meriyasının Əmlakın İdarə Edilməsi və Maddi-Texniki
Təminat Xidməti rəhbərinin 23 fevral 2024-cü il tarixli
07-322405419 saylı izahatnaməsinin müzakirəsi haqqında.
/ Məruzəçi. Qivi Qiorqadze/
4. Marneuli meriyasının Əmlakın İdarə Edilməsi və Maddi-Texniki
Təminat Xidməti rəhbərinin 06 fevral 2024-cü il tarixli
07-3224037191 saylı izahatnaməsi haqqında.
/ Məruzəçi. Qivi Qiorqadze/
5. Sosial məsələlər.
/Məruzəçi. Zurab Çoniaşvili/