Saqareco bələdiyyəsindən qaçırılan 13 yaşlı qız tapılıb
Saqareco bələdiyyəsinin kəndlərindən birindən qaçırılan 13 yaşlı qız tapılıb.

6 gün idi ki, onu axtarırdılar. Qızının tapması barədə AzadlıqRadiosuna yeniyetmənin atası məlumat verib və məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

"Polis indicə mənə dedi ki, qız tapılıb. Mən Tbilisidən Kaxetiyə gedirəm və qızımın necə olduğunu, harada tapıldığını və nə baş verdiyini öyrənəcəyəm. Başqa heç nə bilmirəm", - qızın atası bildirib.

İndiyədək 7-ci sinif şagirdinin 16 yaşlı oğlanın onunla evlənmək məqsədilə qaçırdığı şübhəsi var. Bu məlumat mediaya martın 1-də məlum olub – həmin gün polis 13 yaşlı qızın ailə üzvlərini bir neçə saat dindirib.

AzadlıqRadiosunun məlumatına görə, hər iki yeniyetmə hazırda yerli polis bölməsindədir. Digər təfərrüatlar bu mərhələdə məlum deyil.

“Oğlanın ailəsi deyir ki, qızım guya onların oğluna sevgi məktubları yazıb. Bu məktubları da polisə gətiriblər ki, mən yalan deyirəm... Bu məktub mənim qızıma aid deyil. Uşaq oğurlanıb və üçüncü gündür ki, onu
heç kim tapmayıb. Daha kimə müraciət edəcəyimi bilmirəm”,
– martın 1-də qaçırılan qızın atası bildirib.

13 yaşlı qızın oxuduğu məktəbin direktoru AzadlıqRadiosuna bildirib ki, uşaq son həftələr dərsə gəlmir.

Faktla bağlı Daxili İşlər Nazirliyində qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi ilə iş başlanıb. Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət ən azı 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Print Email
FaceBook Twitter Google