Kaxetidə iki qonşusunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib - prokurorluq
Telavi Şəhər Məhkəməsi iki həmkəndlisini öldürən şəxsi 18 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2023-cü il iyulun 4-də Qurcaani bələdiyyəsinin Velistsixe kəndində baş verib.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs psixiatrik müayinədən keçib, nəticədə onun cinayəti törətdiyi zaman məhdud psixi vəziyyəti müəyyən edilib.

“Məhkəmə prosesində tədqiq edilən sübutlar sübut edib ki, 2023-cü il iyulun 4-də təqsirləndirilən şəxs Qurcaani rayonunun Velitsixe kəndinin mərkəzində qarşılıqlı mübahisə zəminində dövlət qeydiyyatı olmayan tapançadan atəş açaraq iki nəfəri yaralayıb. Aldıqları xəsarətlər nəticəsində hər iki zərərçəkən yerindəcə keçinib”, - deyə agentliyin yaydığı məlumatda deyilir.

Məhkəmə həmin şəxsi Cinayət Məcəlləsinin 109-cu maddəsinin L bəndində nəzərdə tutulmuş iki şəxsi qəsdən öldürmə cinayətini ağırlaşdırıcı şəraitdə törətməkdə, həmçinin 236-cı maddənin 3 və 4-cü hissələrində nəzərdə tutulmuş cinayətdə - qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmədə təqsirli bilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google