Telavi Şəhər Məhkəməsi iki həmkəndlisini öldürən şəxsi 18 il
müddətinə azadlıqdan məhrum edib.
Hadisə 2023-cü il iyulun 4-də Qurcaani bələdiyyəsinin Velistsixe
kəndində baş verib.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs psixiatrik
müayinədən keçib, nəticədə onun cinayəti törətdiyi zaman məhdud
psixi vəziyyəti müəyyən edilib.
“Məhkəmə prosesində tədqiq edilən sübutlar sübut edib
ki, 2023-cü il iyulun 4-də təqsirləndirilən şəxs Qurcaani rayonunun
Velitsixe kəndinin mərkəzində qarşılıqlı mübahisə zəminində dövlət
qeydiyyatı olmayan tapançadan atəş açaraq iki nəfəri yaralayıb.
Aldıqları xəsarətlər nəticəsində hər iki zərərçəkən yerindəcə
keçinib”, - deyə agentliyin yaydığı məlumatda
deyilir.
Məhkəmə həmin şəxsi Cinayət Məcəlləsinin 109-cu maddəsinin L
bəndində nəzərdə tutulmuş iki şəxsi qəsdən öldürmə cinayətini
ağırlaşdırıcı şəraitdə törətməkdə, həmçinin 236-cı maddənin 3 və
4-cü hissələrində nəzərdə tutulmuş cinayətdə - qanunsuz olaraq odlu
silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmədə təqsirli
bilib.