“Qaribaşvili, Kaladze, Kobaxidzenin kadrları deyə bir şey yoxdur,
“Gürcü Arzusu”nun kadrları var”,
- Tbilisi meri Kaxa Kaladze jurnalistin “Qaribaşvilinin hökumət
administrasiyasında kadrların təmizlənməsinəmi başlanılıb?”,
sualına cavabında bildirib.
“Bu, tam cəfəngiyyatdır. Qaribaşvili, Kaladze,
Kobaxidze, Petre, Pavlenin kadrları yoxdur, “Gürcü arzusu”nun
kadrları var. Biz Gürcü Arzusu - Demokratik Gürcüstan adlı bir
komandayıq”, - Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, hökumət dəyişiklikləri “normal
prosesdir” və “İrakli Kobaxidze kabinetdə və hökumətdə nə edilməli
olduğunu ən yaxşı bilir”.