Gömrükçülər “Kazbegi” gömrük-keçid məntəqəsində külli miqdarda
bəyan olunmamış
pulların gətirilməsi ilə bağlı 3 faktın qarşısını alıblar.
Məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Onların sözlərinə görə, “şübhə əsasında xarici vətəndaşların həm
fiziki, həm də şəxsi baqajlarına və onların nəzarətində olan
nəqliyyat vasitələrinə müfəssəl yoxlanış nəticəsində ümumi məbləği
80 min ABŞ dolları və 8 milyon 672 min Rusiya rublu olan bəyan
edilməmiş məbləğ aşkar edilib. Milli Bankın məzənnəsinə əsasən
bəyan edilməmiş pulun ümumi məbləği 464 595,2 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə
uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə
46 518 lari (məbləğin 10%-i) məbləğində cərimələnib.