Gürcüstandan xaricə təhsil almağa göndərilənlərin sayı artıb.
Milli Statistika Xidmətinin məlumatına görə, 2023-24-cü tədris
ilində 879, 2022-23-cü tədris ilində isə 723 tələbə xaricə təhsil
almağa göndərilib.
Bundan əlavə, 2023-24-cü illərdə Gürcüstandan göndərilən 879
tələbədən ən çoxu, 23,7%-i Almaniyanın payına düşür, sonrakı
yerlərdə Polşa və Litva gəlir.
Daha dəqiq desək, 2023-24-cü illərdə ilk 10 ölkənin reytinqi
belədir:
- Almaniya - 208 tələbə
- Polşa - 72 tələbə
- Litva - 64 tələbə
- Türkiyə - 62 tələbə
- İtaliya - 62 tələbə
- Fransa - 58 tələbə
- ABŞ - 47 tələbə
- İspaniya - 46 tələbə
- Avstriya - 41 tələbə
- Macarıstan - 22 tələbə