Bu gün, 5 mart tarixində Bələdiyyə Məclisinin iclasında deputatlar
Bələdiyyə Məclisi Aparatında yeni şöbənin
– İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin yaradılmasını
dəstəkləyiblər.
Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yeni şöbənin
yaradılmasına şəxsi məlumatların qorunması ilə bağlı qanunda
edilmiş dəyişiklər, insan resursları istiqamətində qüvvəyə minmiş
yeni proqramlar səbəb olub.
“Mövcud işlərin miqyası əsasında fərdi məlumatların
mühafizəsi haqqında qanunda mühüm dəyişiklik edilib və dövlət
xidmətlərinin üzərinə bir sıra öhdəliklər qoyulub, eləcə də insan
resurslarının idarə edilməsi istiqamətində yeni istiqamətlər işə
salınıb, bu istiqamətlərə son illərdə də böyük əhəmiyyət verilir.
Bilirsiniz ki, hər il işçilər qiymətləndirilir və bu artıq
bələdiyyələrdə sınaqdan keçirilən elektron sistemlə həyata
keçirilir. Marneuli Bələdiyyə Məclisi də artıq bu proqrama qoşulub.
Bundan əlavə, vacib olan istiqamətlər var. Bura planlar,
ehtiyaclar, kadr məsələləri daxildir, kadr məsələlərinin özü artıq
elektron formadadır və biz bu istiqamətdə də yeni mərhələyə
keçirik. Bilirsiniz ki, Bələdiyyə Məclisinin yalnız bir əməkdaşı bu
istiqamətə xidmət edirdi və ona görə də şöbənin yaradılmasına
ehtiyac var idi”, – Nino Beridze bildirdi.
Marneuli Bələdiyyə Məclisi Aparatı rəhbərinin sözlərinə görə, yeni
idarədə ümumilikdə 3 nəfər – bir şöbə müdiri və iki işçi işlə təmin
olunacaq. Beridzenin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq,
bu vəzifənin tutulması üçün açıq müsabiqə elan olunacaq və
müsabiqəyə əsasən yeni işçilər seçiləcək.
Bu gün, 5 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında 8
məsələ müzakirəyə çıxarıldı. Bələdiyyə Məclisi üzvləri bütün
məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.