Advokatlaşdırma platformalarının yaradılması məqsədi ilə Kvemo
Kartli və Samtsxe-Cavaxetinin altı bələdiyyəsində vətəndaş
cəmiyyəti,
media təşkilatları üçün kiçik qrant müsabiqəsi elan olunub.
Müsabiqə „HEKS/EPER GEORGIA“ beynəlxalq təşkilatının, Avropa
İttifaqının maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və siyasi həyatda
bərabər və tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi”
layihəsi çərçivəsində elan edilib.
“Qrant müsabiqəsinin məqsədi vətəndaş cəmiyyəti və
media qurumları üçün advokatlaşdırma platformasının yaradılmasıdır.
Platforma etnik azlıqların problemləri ilə bağlı dialoqun
başlanmasını və onların informasiyaya əlçatanlığının artırılmasını
təmin edəcək, müvafiq qərarların qəbulunu
stimullaşdıracaq", – təşkilatın bəyanatında qeyd
olunur.
Müsabiqədə Marneuli, Bolnisi, Dmanisi, Axaltsixe, Axalkalaki və
Ninotsmindada fəaliyyət göstərən media, vətəndaş cəmiyyəti
təşkilatları iştirak edə bilər.
Kiçik qrant müsabiqəsi çərçivəsində 4 regional platformanın
seçilməsi planlaşdırılır. İki layihə Kvemo Kartlidən, ikisi isə
Samtsxe-Cavaxetidən seçiləcək. Layihə çərçivəsində hər platforma
üçün maksimum 14 000 lari (5 000 avronun lari ilə ekvivalenti)
ayrılıb.
Müraciət forması və müsabiqə haqqında buradan
məlumat ala bilərsiniz.