Marneuli meriyası Hüquq Şöbəsinin girişindəki dəhlizə şkafların
alınmasını planlaşdırır.
Yerli özünüidarə mebelin alınması üçün bu gün, 13 mart tarixində
tender elan edib. Meriya şkafların alınması üçün 3 559 lari nəzərdə
tutub.
“Ölçülər 500X40X245 sm. Qapalı rəflər ilə, material –
laminat, dəstəklər – metal. Rəng alıcı ilə
razılıqla”, – tender sənədlərində yazılıb.
Şkafların alınması üçün tenderdə iştirak etmək istəyən namizədlər
20-22 mart tarixlərində öz təkliflərini göndərə bilərlər.
Qalib şirkət müqavilə bağlandıqdan 14 gün ərzində mebeli meriyaya
təhvil verməlidir.
Mebel almaq üçün vəsait 100% yerli büdcədən maliyyələşdirilir.