“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın məlumatına görə, Marneuli
Bələdiyyə Məclisinin Komissiya sədri Vasil Xaxulaşvili 2024-cü ilin
əmlak bəyannaməsində daşınmaz əmlakı və sahibkarlıq fəliyyəti
haqqında tam məlumat qeyd etməyib.
Təşkilatın məlumatına görə, Vasil Xaxulaşvilinin əmlak
bəyannaməsində üç növ səhv aşkarlanıb.
“Pozuntu I: Xaxulaşvili dörd şirkətdə biznes səhmlərinə
malikdir, bunun heç biri bəyannamədə öz əksini tapmayıb. Maraqlıdır
ki, o, 2022 və 2023-cü il bəyannamələrində də sahibkarlıq
fəaliyyətini qeyd etməyib:
- Ai Gas MMC -
25%
- Ai Gas+ MMC - 50%
- Gas 555 MMC - 49%
- Gas 555+ MMC- 49%
Pozuntu II: Vasil Xaxulaşvili onun mülkiyyətində olan biznes
səhmlərini üçüncü şəxsə verməmişdir ki, bu da korrupsiyaya qarşı
mübarizə haqqında qanunun birbaşa pozulmasıdır.
Pozuntu III: Vasil Xaxulaşvili bəyannamədə ona məxsus daşınmaz
əmlakı tam təsvir etməyib. Xüsusilə, Marneuli şəhərində ona məxsus
olan 1400 və 1460 kv.m torpaq sahələrini göstərməyib.
O da maraqlıdır ki, 2016-cı ildə Xaxulaşvili və biznes ortağı
Qiorqi Koiava “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına hər
biri 20 min lari bağışlayıblar”, – Beynəlxalq Şəffaflıq Gürcüstanın
bəyanatında qeyd olunub.
Təşkilat Korrupsiyaya Qarşı Mübarizə Bürosuna müraciət edəcək və
onlardan Vasil Xaxulaşvilinin bəyanatında aşkar olunan qanun
pozuntularının araşdırılmasını, müvafiq reaksiya göstərilməsini
tələb edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415