Marneuli şəhərində elektrik enerjisi təxminən 20 dəqiqəyə bərpa
olunacaq.
Bu barədə
“Energo-Pro Georgianın” qaynar xəttindən “Marneuli”
radiosuna məlumat veriblər, bildiriblər ki, Qamsaxurdiya və ətraf
küçələrdə elektrik enerjisi planlaşdırılmadan, zərər dəydiyinə görə
söndürülüb.
Marneuli şəhərinin Qamsaxurdiya, Çoloğaşvili və ətraf küçələrinə
təxminən 17 saatdır elektrik enerjisi verilmir.