Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 7 uşaq bağçasında
içməli su ilə bağlı laboratoriya araşdırması aparıb.
Söhbət Kəpənəkçi, Şaumyan, Xixani, Tamarisi, Marneuli şəhər 1, 3, 4
saylı bağçalarından gedir.
Uşaq Bağçaları Birliyinin nümayəndəsi Soso İmnadze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, bu planlı tədqiqat idi və
hər il aparılır. Tədqiqat həmin bağçalarda içməli suyun
yararlı
olub olmadığını müəyyən edir.
“7 bağçanın hamısında hər şey normaya uyğundur, norma
çərçivəsindədir. İldə bir dəfə belə yoxlama aparırıq, Qida
Agentliyi tələb edir. Təsdiq edən sertifikatımız olmalıdır ki,
içməli su yoxlanılıb və yararlıdır”, – Soso İmnadze
bildirib.
Marneuli Uşaq Bağçaları Birliyi 7 bağçada içməli suyu
sadələşdirilmiş qaydada “Keyfiyyət laboratoriyası” MMC-də yoxlayıb
və 630 lari ödəyib. Hər bağçadan içməli su nümunəsini götürmək və
aparmaq 30 lari, mikrobioloji testin keçirilməsi isə 60 lariyə başa
gəlib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415