Marneuli bazarında 5-6 ədəd alça 15 laridir.
Demək olar ki, bu, “Marneuli” radiosunun bu gün, 3 aprel tarixində
aqrar bazarda gördüyü ən bahalı meyvədir.
Alıcılar bizimlə söhbətləri zamanı bildirirlər ki, bəzi ərzaqların
qiyməti çox bahalaşıb. Onlardan biri də sarımsaqdır və onu 13
lariyə ala bilərsiniz.
“Ötən həftələrdə sarımsaq 8 lari idi. İndi isə 5 lari
bahalaşıb. Ərzaqlar ümumiyyətlə bahadır, ancaq Marneuli bazarından
almaq qismən sərfəlidir”, – alıcılardan biri deyir.
Marneuli bazarında 3 aprel tarixinə olan qiymətləri sizə təqdim
edirik:
- 1 kq alma – 2-4 lari
- 1 kq pomidor – 4-5 lari
- 1 kq xiyar – 4 lari
- 1 kq sarımsaq – 13 lari
- 1 kq armud – 7 lari
- 5-6 ədəd alça – 15 lari
- 1 kq portağal – 4 lari
- 1 kq banan – 4,5-5 lari
- 1 kq üzüm -7,8 lari
- 1 kq naringi – 2,5 lari
- 1 kq çiyələk – 10 lari
- 1 ədəd ananas – 13 lari
- 1 kq heyva – 5 lari
- 1 ədəd avokado – 5 lari
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415