Marneulinin 8 küçəsində kanalların bərpası üçün elan edilmiş tender
dördüncü cəhddə də baş tutmayıb.
Sonuncu tender 18 mart tarixində elan olunmuşdu və tenderdə heç bir
şirkət iştirak etməmişdi.
Marneuli meriyası bələdiyyə ərazisindəki suvarma kanallarının
bərpasına əvvəlcə 387 655 lari xərcləməyi nəzərdə tuturdu, ancaq
yeni tenderdə vəsait 84 886 lari artıb və indiki mərhələdə tenderin
dəyəri 472 541 lari təşkil edir.
Kanallın bərpası Tsereteli kəndində (məktəb ərazisi), Marneuli
şəhəri Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi,
Lağidze və 20 yanvar küçələrində planlaşdırılır.
Marneuli yerli özünüidarəsi suvarma kanalların bərpası üçün ilk
tenderi 26 oktyabr tarixində elan etmişdi. Tenderdə heç bir şirkət
iştirak etməmişdi. Buna görə də tender baş tutmamışdı. İkinci
tender eyni vəsaitlə 5 dekabr tarixində elan olunmuşdu. Üçüncü
tender 15 fevral, dördüncü isə 18 mart tarixində elan
edilmişdi.
Yerli özünüidarənin qeyd olunun xidmət üçün beşinci tenderi nə
zaman elan edəcəyi hələ ki, məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415