Gəlirlər Xidməti: Xarici vətəndaş 40 000 000 Rusiya rublunu bəyan etmədən idxal edib
Maliyyə Nazirliyinin gəlirlər xidmətindən verilən məlumata görə, “Kazbeqi” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan olunmamış pul vəsaitlərinin gizli yolla gətirilməsi faktının qarşısı alınıb.

Verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında xarici vətəndaşın idarə etdiyi avtomobilə gömrük baxışı keçirərkən bəyan olunmayan məbləğ: 40 000 000 Rusiya rublu aşkar ediblər.

“Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 1 milyon 164 min lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, qanunu pozan vətəndaşa sanksiya tətbiq edilərək, malların tam şəkildə müsadirə edilməsi həyata keçirilib”, - deyə onların bəyanatında bildirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google