Daxili İşlər Nazirliyinin məlumatına görə, “Oğru dünyası” ilə
əlaqədə ittiham olunaraq 7 nəfər saxlanılıb, 5 nəfərə isə qiyabi
ittiham irəli sürülüb.
Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.
“İntensiv istintaq, o cümlədən hakimin hökmü əsasında həyata
keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki,
xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğru” dünyasının üzvlərinə
yaxınlaşaraq onlardan maddi fayda müqabilində münaqişənin həllini
istəyib. Öz növbəsində “oğru dünyası”nın üzvləri bu işə “qanuni
oğruları” cəlb ediblər.
Sözügedən münaqişənin həlli üçün əldə etdikləri pulları şəxsən
istifadə edib, “qanuni oğrulara”, yəni “İlo Kalininqradski” ləqəbli
İlya Qaqloyevə və “Eşxa” ləqəbli Paata Vaşakidzeyə verməyiblər.
“Qanuni oğrular” “oğru dünyası”nın fəaliyyəti üçün mənimsənilən
pullardan xəbər tutublar və bu hərəkətin müzakirəsi üçün
“oğrular”ın məhkəməsi təşkil olunub. Bu işdə həmçinin “qanuni
oğrular” – “İzik” ləqəbli Arik Mixaeli və “Maxo” ləqəbli Malxaz
Darçiyev də iştirak edib.
Eyni zamanda, aparılan cinayət işinin istintaqı nəticəsində
hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “Oğru
dünyası”nın fəaliyyətinə dəstək verməkdə təqsirli bilinən 1995-ci
il təvəllüdlü D.İ. (“Şok” ləqəbli) xaricdə “qanuni oğru” adı ilə
hərəkət edərək mübahisə edən tərəfi qarşı tərəfin xeyrinə müəyyən
məbləğdə pul ödəməyə məcbur etmişdi.
Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış
nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla
əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları sübut
kimi götürülüb”, - deyə məlumatda bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü Prima maddəsinin
birinci hissəsi, 223-cü Prima maddəsinin ikinci hissəsi və 223-cü
maddəsinin ikinci hissəsi ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.