Gürcüstanın paytaxtı Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatları,
siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları aprelin
15-də böyük yürüş keçirməyi planlaşdırır.
Buna səbəb hakim “Gürcü Arzusu” partiyasının “Xarici agentlər
haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etməsidir.
Məlumat üçün qeyd edək ki, 2023-cü il martın 7-də Tbilisidə
sözügedən qanun layihəsinə etiraz zamanı Gürcüstan vətəndaşı Lazare
Qriqoriadis təhlükəsizlik qüvvələrinə iki dəfə “Molotov kokteyli”
ataraq polis əməkdaşlarına hücum etdiyi üçün 9 il müddətinə
azadlıqdan məhrum edilib.
Bundan başqa, Qriqoriadis martın 9-na keçən gecə Gürcüstanın Daxili
İşlər Nazirliyinə məxsus avtomobili qəsdən yandıraraq dövlət
büdcəsinə 39,5 min lari (14,7 min dollar) məbləğində ziyan
vurub.
Məhkumun ailəsi Prezident Salome Zurabişvilidən onu əfv etməyi
xahiş edəcək.
Onu da bildirək ki, “Gürcü Arzusu” partiyası “Xarici agentlər
haqqında” qanun layihəsini parlamentdə aprelin 15-də yenidən
nəzərdən keçirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.