“Oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb
Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 27 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslərdən 7-si "qanuni oğru"dur. Onlar Tbilisi, Kareli və Qori şəhərlərində saxlanılıb. Beş nəfərə qiyabi ittiham irəli sürülüb. Onları 15 ilə qədər həbs gözləyir.

Nazirlikdən qeyd edilib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğrular dünyası”nın üzvlərindən pul müqabilində bir mübahisənin həllində ona köməklik göstərməyi xahiş edib. Təqsirləndirilən şəxs razılaşıb və sonra onun pulunu oğurlayıb. Bundan xəbər tutan kriminal aləmin nümayəndələri xaricdə yaşayan dörd “qanuni oğru”nu da məsələyə qarışdırıb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google