Məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas"
tərəfindən seçilən dünyanın ən yaxşı qastronomiya şəhərləri
siyahısında Türkiyədən bir şəhər ilk 10-luqda yer alıb.
Qastronomiya sahəsində UNESCO tərəfindən qeydiyyata alınan
Qaziantep kababları, paxlavaları və katmerləri, eləcə də
qeydiyyatdan keçmiş 99 yeməyi ilə adından söz etdirməyə davam
edir.
Məşhur aşpaz Doğa Çitçi Qaziantep mətbəxinin ilk 10-luqda yer
almasının qürurverici olduğunu deyib: “Qaziantep mətbəxi Türkiyədə
ilk dəfə qida və içki baxımından dünyaca məşhur reytinq şirkəti
tərəfindən qastronomiya sahəsində qeydə alınıb və hazırda ilk 10
şəhər arasındadır. Təbii ki, Qaziantep mətbəxi zəngin mətbəx
olduğundan onun bu siyahıda olması normaldır”.
“Bizim Qaziantepə aid 104 məhsulumuz var. Onlardan 99-u yemək və
içki ilə bağlıdır. Türkiyədə bu qədər müxtəlifliyə və 104 coğrafi
göstəriciyə malik heç bir şəhər yoxdur. Bütün Avropa ölkələrini bir
yerə yığsan, bir Qaziantepə bərabər olmaz”, - Çitçi əlavə edib.
"TasteAtlas" tərəfindən hazırlanan siyahının ilk onluğunu təqdim
edirik:
- 1. İtaliya - Roma
- 2. İtaliya - Balonia
- 3. İtaliya - Neapol
- 4. Avstriya - Vyana
- 5. Türkiyə - Qaziantep
- 6. Yaponiya - Oksaka
- 7. Çin - Honq Konq
- 8. İtaliya - Turin
- 9. Yaponiya - Tokio
- 10. İndoneziya - Bandunq
Mənbə: publika.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.